Sarkisyan Bakıya gəlib? -

Ermənistan prezidentinin administrasiyası Armen Sarkisyanın Bakıya səfəri ilə bağlı yayılan xəbərləri təkzib edib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə prezident Sarkisyanın mətbuat xidməti açıqlama yayıb.

Bundan əvvəl, bəzi erməni KİV-ləri Sarkisyanın guya 17 noyabrda Bakıda olması barədə xəbər yaymışdı.

“İravunk” qəzeti Makedoniyanın Ermənistandakı sabiq fəxri konsulu Araik Sarkisyana istinadən məlumat yayıb ki, prezident Sarkisyan noyabrın 17-də Bakıda səfərdə olub.

“Prezidentdən soruşun, noyabrın 17-də Bakı nə edirdi?”, - deyə o bildirib.

"Bəzi KİV-lər Armen Sarkisyanın 17 noyabrda Bakıda olduğunu yazıb. Bu, açıq yalan və dezinformasiyadır. Prezident həmin gün və ya başqa bir gündə Bakıda olmayıb", - açıqlamada deyilir.

Qeyd edilib ki, 17 noyabr 2020-ci il tarixində Ermənistan prezidenti Kanadanın ölkəyə yeni təyin olunmuş səfiri Elison Meri Lekleri qəbul edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR