Yük avtomobilləri parkından 150 min manatlıq oğurluq edilib

Bakıda oğurluq hadisəsi olub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, narkotik vasitə ilə tutulan R.Hüseynovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini X.İsayevlə birgə yük avtomobilləri parkından 150 000 manat dəyərində 15 ədəd avtomobil soyuducusu, 15 ədəd akkumulyator, 15 ədəd soyuducu mühərriki, boru və kabellər oğurlaması da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə X.İsayev də saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR