Bərdə sakini qonşusunun evini yandırdı -

Bərdə rayonunda fərdi yaşayış evi yanıb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Qazqurdali kəndində qeydə alınıb.

Tərtər rayon sakini Anar Məmmədova məxsus fərdi yaşayış evi gecə saatlarında yanıb. Hadisə zamanı 4 otaqlı, bir mərtəbədən ibarət yaşayış evi əşyaları ilə birlikdə tam yanıb.

Ev sahibi A.Məmmədov iddia edir ki, onun evini qonşusu Mobil adlı şəxs qəsdən yandırıb.

Hadisə vaxtı ev sahibləri mənzildə olsa da xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon şöbəsinin yanğınsöndürənləri cəlb edilib, alov söndürülüb. Məmmədovlar ailəsi hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verib.

Faktla bağlı araşdırma aparılır. (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR