Zəngilanda 1000-dən çox ağac əkilib

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidməti və ANAMA-nın əməkdaşlarının iştirakı ilə 1000-dən çox ağac əkilib.

Metbuat.az-ın məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

O qeyd edib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun ağaclar əkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR