Polis oğrunu yorğanın altında tutdu - Türkiyədə qəribə hadisə -

Türkiyədə baş verən oğurluq hadisəsi qəribəliyi ilə dünya mətbuatının gündəminə gəlib.

Metbuat.az xəbər verir ki, hadisə İstanbulun Esenyurt rayonunda qeydə alınıb.

Evlərin birində pəncərənin sınmış olduğunu görən polislər dərhal həmin mənzilə baxış keçiriblər. Öncə mənzilin sahibi ilə əlaqə saxlayan polislər içəri oğru girdiyindən əmin olublar.

Sonradan onlar mənzilə baxış keçirməyə başlayıblar. Həmin vaxt evin dağıldığını görüblər.

Məlum olub ki, evə girən oğru polislərin gəldiyini görüb və qaçmağa imkanı olmayıb. Bu səbəbdən yorğanın altına girərək gizlənib. Lakin o, polislərdən qurtula bilməyib.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR