Bu marşurutun yolu dəyişdirildi

Bakı Nəqliyyat Agentliyi (BNA) 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini müvəqqəti dəyişdirib.

Qurumdan Metbuat.az-a verilən məlumata görə, dəyişikliyə səbəb paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR