Göyçayda iki maşın bir-birinə çırpıldı -

Göyçay şəhərində hər iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 20:30 radələrində rayonun Əli Kərim küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 20 CL 072 dövlət nömrə nişanlı “Vaz 2107" markalı avtomobil qarşıdan gələn digər minik maşını, "Vaz 2101" markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yolun hərəkət nöqtəsində olduğundan digər hərəkətdə olan avtomobillərin hərəkətində sıxlıq və çətinliklər də yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev
Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR