Vilayət Eyvazov iki mayoru yüksək vəzifəyə

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşən Talıbov Masallı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini, polis mayoru Elvin Əzimov isə RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifələrinə təyin edilib.

E.Talıbov daha əvvəl həmin RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi, E.Əzimov isə şöbənin Təhqiqat bölməsinin rəisi olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR