Bakıda COVİD-19-a görə bağlanan məktəbin müəllimi koronavirusdan

Bakıda R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin müəllimi Təranə Abdullayeva koronavirusdan vəfat edib.

Metbuat.az xəbər verir ki, 56 yaşlı ibtidai sinif müəllimi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün məktəbdə çalışan 2 müəllim, 1 direktor müavini və bir texniki işçinin “COVID-19” infeksiyasına yoluxmaları təsdiq olunmuşdu. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR