Millimiz Portuqaliyaya uduzdu

Futbol üzrə DÇ-2022-nin seçmə mərhələsi start götürüb.

Metbuat.az-ın məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi dünən ilk oyununa çıxıb.

Millimiz Canni de Byazinin yetirmələri son Avropa çempionu Portuqaliya ilə üz-üzə gəliblər. Portuqaliyalılar koronavirus pandemiyası səbəbindən yığmamızı öz ölkəsində deyil, İtaliyanın Turin şəhərində qəbul edib.

Əksəriyyət portuqaliyalılardan asan qələbə gözləsə də, heç də belə olmayıb. Rəqib komanda Maksim Medvedevin 37-ci dəqiqədəki avtoqolu sayəsində hesabı açıb. Millimiz ikinci hissədə Fernando Santosun kollektivindən çəkinmədən mübarizə aparıb. Lakin bu, bərabərlik qolu üçün yetərli olmayıb. Nəticədə Portuqaliya 1:0 hesablı qələbə sayəsində aktivinə 3 xal yazdırıb.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 30-da Bakıda Serbiyaya qarşı keçirəcək. Buna qədər isə ayın 27-də komandamız Macarıstanda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR