Türkiyədə daha 157 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində 157 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 28 min 731 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 120 min 13, pandemiya qurbanlarının sayı isə 30 min 619 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 milyon 900 min 829 pasiyent (son sutkada 19 186 nəfər) sağalaraq evə buraxılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR