Sumqayıtda yataqxana yandı

Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan otağın eyvanının (mətbəx kimi istifadə olunur) yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Metbuat.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı tüstülənmiş otaqlardan 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR