Bakının bu məktəbində xarıbülbül yetişdirilir -

Bakı şəhəri 120 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfi Vətən Müharibəsindəki qələbəmizin rəmzinə çevrilmiş Xarıbülbül yetişdirir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Metbuat.az-a verilən məlumata görə, peşə təmayüllü sinfin kənd təsərrüfatı ixtisası üzrə mütəxəssisi Hicran Kərimovanın şagirdlərlə bərabər yetişdirdiyi, əsasən orta dağ qurşağında kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılan Xarıbülbül bitkisi böyük zəhmət hesabına başa gəlib.

Çünki Xarıbülbül kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lazım olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək çətin olur. Paytaxtın küləkli və isti iqliminə baxmayaraq peşə təmayüllü sinfin şagirdləri bu bitkinin mövcud vəziyyətə uyğunlaşmasına nail olublar.

Qeyd edək ki, bu, məktəbin peşə təmayüllü sinfinin ilk uğuru deyil. Bundan öncə də Hicran Kərimova şagirdlərlə birgə çarpaz üsulu ilə yeni növ qızılgüllər hazırlayıb. Həmçinin alınan ən güclü xarakterik qızılgül sortuna Zirə qəsəbəsindən Vətən Müharibəsində həlak olmuş 3 şəhidin adını verməyi planlaşdırırlar.

Onu da qeyd edək ki, 5 paytaxt məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir. Maraqlı tədris üsulu olan həmin siniflərdə şagirdlər müxtəlif peşə istiqamətləri üzrə hazırlanır. Təsadüfi deyil ki, peşə təmayüllü siniflərə ilbəil şagirdlərin maraq və meyli artmaqdadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR