x
Loading...

Hərbi Qənimətlər Parkı açılışa hazırlanır - VİDEO

.

Bakıda salınan Hərbi Qənimətlər Parkında son tamamlanma işləri görülür.

Metbuat.az-ın məlumatına görə, Xətai rayonunda salınan parkın yaxın zamanlarda açılışı nəzərdə tutulur.

Parkın giriş hissəsində artıq turniketlər də quraşdırılıb. Bundan əlavə, ərazidə informasiya mərkəzi, suvenirlərin satışı üçün konteyner mağaza, oturacaqlar, məlumat lövhələri də qurulub.

44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi zəfərdən sonra Bakıya gətirilən hərbi qənimətlər parkında süni səngərlər qazılıb, eyni zamanda erməni əsgərinin maketi hazırlanıb. Belə ki, qənimətlər arasında olan tanklardan birinin üzərində bu düşmən əsgərin obrazı canlandırılıb.(Trend)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR