Şəhriyar Məmmədyarov tarixi “13-lük”də yer alıb

FİDE reytinqi ilə bağlı maraqlı tarixi göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, indiyədək yalnız 13 şahmatçı 2800 səddini adlayıb.

Onlardan biri Azərbaycan qrossmeysteridir. Bu, Şəhriyar Məmmədyarovdur. Həmyerlimiz 2820 xalla tarixin 6-cıdır.

2800-ü fəth edən ilk şahmatçı Harri Kasparov olub. O, 1990-cı ilin yanvarında bunu bacarıb. Azərbaycan şahmat məktəbinin yetirməsi olan erməni qrossmeyster 1999-cu ildə əmsalını 2851-ə yüksəldib.

Bu rekordu yalnız Maqnus Karlsen qırıb. Hazırkı dünya çempionu iki rekorda malikdir. Norveçli ən yüksək reytinqə - 2882-yə imza atıb. O, 2800-ü ən gənc – 18 yaşında arxada qoyub.

Maraqlıdır ki, 13 qrossmeysterdən 5-i müxtəlif illərdə dünya çempionu adını qazanıb. Maqnus Karlsen, Harri Kasparov, Vişvinatan Anand, Vladimir Kramnik və Veselin Topalov taca sahib olub.

5 şahmatçı isə hazırda 30 və ya daha aşağı yaşdadır. Bunlar Maqnus Karlsen, Fabiano Karuana. Uesli So, Maksim Vaşye-Laqrav və Din Lirendir. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR