İƏT nümayəndələri Ağdam məscidində namaz qılıblar

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri bu gün Ağdamda səfərdədir.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Ağdam Cümə məscidində olub, orada namaz qılıblar.

Xatırladaq ki, 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR