Ərdoğanın planı BAŞ TUTMADI -

''Baydenin ABŞ Prezidenti seçilməsi ilə əlaqədar olaraq Konqresdə hökm sürən antitürk əhvalını bilən Türkiyə, İsrailin təsiri ilə Ankaranın yenidən Vaşinqtonun lütfünü qazanmasına kömək edəcəyini gözləyir''.

Bu fikirləri politoloq Züriyyə Qarayeva Metbuat.az-a açıqlamasında bildirib. Siyasi şərhçi deyir ki, burada vacib bir nüans ABŞ-dakı yəhudi lobbisinin Ermənistana qarşı münasibətidir.

Bir Züriyə Garayeva şəkili ola bilər

''İkinci Qarabağ müharibəsində ABŞ-dakı Yəhudi lobbisi Ermənistanı dəstəkləməkdən imtina etmişdi. Əslində bu jestə Azərbaycan dövlətinin ölkəmizdə yaşayan Yəhudi icmasına tarixən tolerant münasibəti, yəhudi kökənli vətəndaşlarımızın sineqoqlarına və mədəniyyətlərinə nümunə göstəriləcək səviyyədə yüksək diqqətin təsiri həlledici rol oynamışdır.

Bu baxımdan, Türkiyə ilə İsrail arasındakı münasibətlərin normallaşmasında vasitəçi kimi çıxış etməyə çalışan Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən rolu da vurğulanmalıdır. Zənnimcə ötən il Fələstin adminstrasiyasının Qarabağ ermənilərini dəstəklədikləri barədə bəyanatı da mövqelərimizə təsirsiz olmadı. Ankaranın əsas motivasiyasının digər siyasi çalarlarda da axtarılması əhəmiyyətlidir''.

Züriyyə Qarayeva qeyd etdi ki, Fələstin kartında Ərdoğanın Ərəb cəbhəsində məğlub olması faktdır. Bir çox ərəb ölkələri İsrail ilə münasibətləri normallaşdırmağa razı oldular. Kipr, Yunanıstan və Misir kimi ölkələr antitürk cəbhəsi yaratdılar. Fransa da bu cəbhəyə qoşulmağa maraq göstərdi.

"Baxın, son zamanlar bir çox ərəb ölkələrinin liderləri Türkiyənin guya İraq, Suriya və Liviyanın daxili işlərinə qarışmasına qarşı olduqlarını açıq şəkildə büruzə verdilər. Üstəlik, indi bu ərəb ölkələrinin Fələstin problemi ilə heç bir maddi əlaqəsi yoxdur.

Hətta yaxında Ərəb Ölkələri Birliyinin (Ərəb Liqasının) çökməsini də proqnoz etmək mümkündür. Ərdoğanın Osmanlı İmperatorluğunun tarixi sərhədləri daxilində nüfuzun bərpası cəhdləri Türkiyə ilə Ərəb dünyası arasında gərginliyə səbəb oldu.

Nəhayət Türkiyə, yeni geosiyasi ittifaqlar axtaran, Yaxın Şərqlə bağlı öz planları olan İranla eyni müstəviyə gəldi. Türk diplomatiyasının gücü burada özünü göstərməyə başladı. İsrail ilə münasibətləri normallaşdırmağa yönələn addımların vaxtı gəldi. İsrailin özü də Türkiyə ilə siyasətini yenidən qurmağa maraqlıdır. Türkiyənin siyasi və digər əməkdaşlıqlar üçün yeni bir mexanizm yaradaraq Rusiya və Çin üzərindən Ərəb dünyasına girməsi, İsrail ilə münasibətlərinin normal vəziyyətə gəlməsinə də təkan verəcəkdir''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR