Keçmiş məhkumdan 2 kq heroinlə saxlanıldı

Sabunçu rayonunda keçmiş məhkumdan iki kiloqramdan artıq heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmişov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu ərazisində saxlanılıb.

Axtarış zamanı ondan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR