Türkiyədə terror təhlükəsi (VİDEO,FOTO)

Türkiyədə terror təhlükəsi (VİDEO,FOTO)
16:06 18 Yanvar 2015
383 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda bir gündə 3 dəfə terror təhlükəsi yaşanıb.

ANS PRESS-in məlumatına görə, şəhərin 3 ayrı yerinə əldə hazırlanan bomba qoyulub.

Belə ki, İstanbulun Maltəpə rayonunda Atatürkün büstünün yanına qoyulan şübhəli paketdən əldə hazırlanan bomba çıxıb. Hadisə yerinə gələn polislər və bomba zərərsizləşdirmə mütəxəssisləri bombanı partladaraq zərərsizləşdiriblər.

İkinci təhlükəli hadisə İstanbulun Fateh rayonunda yaşanıb. Burada qəfildən bir partlayış baş verib. Xoşbəxtlikdən yaralanan və ölən olmayıb.

Üçüncü bombalı paket İstanbulun Sultanqazi rayonunda bir avtobus dayanacağının yanına qoyulmuşdu. Əhali şübhəli paketi görüb polisə xəbər verib. Daha sonra bombanı zərərsizləşdirmək üçün mütəxəssislər çağırılıb. Buradakı bomba da partladılaraq zərərsizləşdirilib.









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR