Lukaşenko Azərbaycana gəlir

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlir.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat Belarusiya agentlikləri tərəfindən yayılıb.

Səfər çərçivəsində Lukaşenko Prezident İlham Əliyevlə görüşəcək.

Prezidentlər Azərbaycan - Belarus münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.

“Əsas diqqət ticarət-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın inişaf etdirilməsinə yönəldiləcək. Tərəflər sənaye kooperasiya məsələlərini, qida istehsalı və tədarükü, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər”,-deyə Belarus Prezidentinin Mətbuat xidmətinin ötən gün yayımladığı açıqlamasında qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR