x
Loading...
.

Türkiyə Rusiyaya uçuşları dayandırdı

.

Türkiyənin "Türk Hava Yolları" (THY) aviaşirkəti aprelin 15-dən başlayaraq Rusiyaya uçuşları dayandırır.

Metbuat.az Trend-ə istinadən məlumat verir ki, məhdudiyyət iyunun 1-dək qüvvədə qalacaq.

Aviaşirkətin məlumatında qeyd olunur ki, iki ölkə arasında aviareyslər qarşılıqlı şəkildə məhdudlaşdırılır.

Bu müddət ərzində Rusiya və Türkiyə arasında həftədə iki dəfə xüsusi icazəli uçuşlar həyata keçiriləcək.

Xatırladaq ki, bu gündən etibarən Rusiya da Türkiyəyə uçuşları məhdudlaşdırdığını elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR