x
Loading...

Tələbələri sevindirən YENİ QANUN elan olundu: Bu halda ödənişdən azad oluna bilərsiz

.

Aprelin 19-da ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Qərarda dəyişiklik edildi.

Yeni qərara görə, tələbələrin sosial müdafiəsini gücləndirmək və sözügedən dövlət sifarişli yerlərdən tam istifadəni təmin etmək məqsədi ilə tələbə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən həmin yerlər boş qaldığı halda, tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə (eyni ixtisas üzrə namizəd olmadıqda eyni ixtisas qrupu üzrə) ödənişli əsaslarla təhsilalanın bu yerə keçirilməsi mümkün olacaqdır.

Bu barədə Metbuat.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi deyir ki, əvvəllər hər hansı bir abituriyent yüksək bal topladığı halda ödənişli ixtisasa qəbul edilirdisə, bundan sonra həmin şəxs qəbul nəticələri elan olunduqdan sonra boş qalan dövlət sifarişli yerlərə köçürülə bilər.

Bir 1 nəfər və oturur şəkili ola bilər

Hər il, ali məktəblərə qəbul zamanı kifayət qədər boş yerlərin qaldığını görürük. Birinci turdan sonra, bəzi ixtisaslar arasında dövlət sifarişli, boş vakant yerlərə qəbul ikinci turda aparılır. Bəzən hətta ikinci turda da bu yerlərə qəbul olan abituriyent olmur. Birinci və dördüncü ixtisas qrupunda keçid balı 250 bal olan bəzi ixtisaslar var ki, həmin universitetlərə də abituriyentlər pulsuz dövlət sifarişli ixtisaslara qəbul ola bilərlər. Dövlət sifarişi əsasında oxuyan, başqa bir universitetə gedən və ya xaricdə təhsil almağı seçən hər hansı bir tələbə olarsa onun yerinə digər tələbə köçürülə bilər’’.

İkinci məsələ təhsilin subbakalavriat səviyyəsi üzrə qanunvericiliyə edilən dəyişiklik ilə bağlıdır.

Belə ki, Milli Məclisin Elm və Təhsil komitəsi tərəfindən hazırlanan qanun layihəsinə əsasən tələbələr 2-3 il ərzində təhsilini ali məktəbdə başa vura bilərlər.

“Həmin qanun layihəsində əks olunub ki, ali məktəbə qəbul olan subbakalavrların kollecdə təhsil aldıqları müddətində oxuduqları fənnlərin uyğunluğu mümkün olduğundan onların təhsil müddətləri 2-3 il ərzində yekunlaşa bilər.

Bütün bu prosesi tənzimləyən universitetlərin şəxsən özüdür. Bu zaman onlar oxşar fənnlər və kredit sayları nəzərə alınmaqla subbabakalavrların daha qısa bir müddətdə təhsilini yekunlaşdıra bilməsinə şərait yarada bilərlər’’.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR