Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bugünki iclasının keçiriləcəyi saat məlum olub.

Metbuat.az xəbər verir ki, partiyanın mətbuat katibi Hüseyn Paşayev Lent.az-a bildirib ki, iclas bu gün saat 15:00-da baş tutacaq.

Qeyd edək ki, YAP-ın bu günə olan iclasında əsas məsələlərdən biri kimi sabiq deputat Hüseynbala Mirələmovun yol verdiyi nöqsan müzakirə ediləcək.

Onun sosial şəbəkədə yayılan biabırçı videosu izləyicilər tərəfindən geniş səs-küyə səbəb olmuşdu.