Cəmaləddin Quliyev: "700-ə yaxın qazi işlə təmin olunub”

“Bu günə qədər təxminən 700-ə yaxın qazi işlə təmin olunub”.

Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev deyib.

Sədr müavini bildirib ki, həmin rəqəm gündəlik artır. Onun sözlərinə görə, qazilərin həm işlə təmin olunması, həm də özünüməşğulluq proqramlarına cəlb olunması prosesi gedir.

C.Quliyev qeyd edib ki, qazilərin, şəhid ailələrinin və müharibə iştirakçılarının bu və ya digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR