ABŞ-ın Arizona ştatında təyyarə qəzası baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə yerli polis sosial şəbəkədə məlumat yaıb.

Təyyarə Navaho dairəsində Uinslou şəhəri yaxınlığında qəzaya uğrayıb.

"Axtarış-xilasetmə xidmətlərinin əməkdaşları hadisə yerinə çatanda təyyarə alov içində idi. Yanğınsöndürənlər tərəfindən alov söndürülüb. İki nəfərin öldüyü məlumdur" – “Facebook”da yayımlanan məlumatda deyiıir.

Hadisə müvafiq qurumlar tərəfindən araşdırılacaq.