Somalinin paytaxtı Moqadişoda gərginlik davam edir.

Metbuat.az xəbər verir ki, müxalifət tərəfdarı əsgərlərlə hökumət tərəfdarı hərbçilər arasında baş verən toqquşma zamanı azı 2 nəfər həlak olub. Çox sayda yaralı var. Məlumata görə, prezident Məhəmməd Abdullahın səlahiyyət müddətinin uzadılması barədə qərar ölkədə gərginliyə yol açıb.

Toqquşma səbəbilə sakinlər evlərini tərk ediblər.

Anar Türkeş / Metbuat.az