Nazirdən yeni agentliklə bağlı ilk açıqlama

“Azərkosmos” ASC-nin Azərbaycan Respublikasının Kosmik Agentliyinə çevrilməsi dünyada gedən sürətli texnoloji tərəqqidən ölkənin daha çox faydalanması və ölkədə kosmik fəaliyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edəcək.

Metbuat.az xəbər verir ki, bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, ölkə başçısının imzaladığı Fərman , eyni zamanda, dövlət və ictimai əhəmiyyət daşıyan funksiyaların daha effektiv həyata keçirilməsinə, Azərbaycanın beynəlxalq kosmik layihələrdə iştirakına və beynəlxalq təşkilatlar, xarici dövlətlərin aidiyyəti dövlət və özəl qurumları ilə əməkdaşlığına yeni nəfəs gətirəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” Fərman imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR