Azərbaycan kubokunda finalçılar məlum oldu

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, günün ikinci matçında “Zirə” “Keşlə”ni qəbul edib. Komandalar arasında “ASK Arena”da keçirilən ilk görüşdə “Zirə” 2:1 hesablı qələbə qazanıb. Cavab görüşündə isə “Keşlə” əsas vaxtda 2:1 qalib olub. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə yarım saatda komandalar hərəyə daha bir qol vurublar. Bu nəticə “Keşlə”ni finala daşıyıb.

Qeyd edək ki, yarımfinalın digər matçında “Sumqayıt” “Qarabağ”ı penaltilər seriyasında məğlub edərək adını finala yazdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR