Putin 6 ay vaxt verdi:

Rusiya Prezidenti Vladimir Putin məmurların ikinci vətəndaşlıq və ya xaricdə oturma izni almasını qadağan edən qanun imzalayıb.

Metbuat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qadağa birbaşa dövlət təhlükəsizliyi, gömrük orqanları, hərbi qulluqçular, mühafizəçilər, Fövqəladə Hallar Nazirliyi, Federal Penitensiar Xidmət, millət vəkilləri, Rusiya Federasiyası subyektlərinin rəhbərləri, Mərkəzi Bank, Daxili İşlər Nazirliyinin və İstintaq Komitəsinin işçiləri, habelə Uşaq Hüquqları üzrə Müvəkkil, Maliyyə Ombudsmanı və ictimai nəzarət komissiyalarının üzvlərinə aid edilir.

Qərara əsasən diplomatik işçilərdən həyat yoldaşlarının xarici vətəndaşlıq və yaşayış icazəsi aldıqları və ya xaricdə daimi yaşamalarına icazə verən digər sənədlər verilməsi barədə rəhbərliyə xəbərdarlıq etmələri tələb olunacaq. Rusiya Federasiyasının vətəndaşlığına xitam verildiyi təqdirdə səfir və ya nümayəndə vəzifəsindən kənarlaşdırılır.

Tələblərin qüvvəyə mindiyi gündən altı ay sonra müvafiq məlumatları təqdim etməyən dövlət qulluqçusu işdən çıxarılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR