Rusiyanın Praqadakı səfirliyinin 54 diplomatı Çexiyanı tərk edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat katibi Nikolay Bryakin açıqlama yayıb.

Onun sözlərinə görə, səfirliyin əməkdaşları xüsusi təyyarə vasitəsi ilə Rusiyaya yola salınıb: "Diplomatik nümayəndəliyin ikinci qrup işçiləri və ailə üzvləri Çexiyanı 31 may tərk edəcəklər".