Fransada 5 min nəfərlik konsert təşkil edildi -

Fransanın paytaxtı Parisdə 5 min nəfərin iştirakı ilə təcrübə konsert keçirilib.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, "AccorHotels" zalında təşkil edilən konsertdə iştirakçılar maska və test nəticəsi şərti ilə iştirak ediblər. Bununla da 5 min nəfərin iştirakı ilə keçirilən konsertdə virusun yoluxma faizi müəyyənləşdiriləcək. Lakin konsertdə sosial məsafəyə riayət olunmayıb. Görüntülər sosial şəbəkələrdə narazılığa səbəb olub.

Qeyd edək ki, son sutkada ölkədə 8541 nəfər "Covid-19"a yoluxub, 49 nəfər vəfat edib. Fransada indiyədək 5 milyon 666 mindən çox insan koronavirusa yoluxub, 109 mindən çox insan isə virusun qurbanı olub.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR