"Türkiyənin NATO ölkəsi olan Polşaya İHA satışı ilə bağlı müqavilənin imzalanması ilə, Bayrakdar NATO bazarına daxil olmuş oldu".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində bildirib. Ərdoğan deyib ki, Bayraqdar dünyada 10-a yaxın ölkəyə İHA və SİHA-ların satışını həyata keçirir.

"Bayrakdarın NATO bazarına girməsindən sonra qalxıb, "Türkiyədən necə SİHA ala bilərsiniz?" də deyə bilərlər. Amma Polşanın prezidenti Andrjey Duda bu təklifi çox bəyəndi. Artıq 24 ədəd Bayrakdar TB2 tipli SİHA-nın satışı üçün artıq imzalar atılıb. Bu çox ciddi addım oldu. Bayraktar həqiqətən öz seqmentində uğurludur və bu uğuru Liviyada və Azərbaycanda sübut etdi. Əgər bizdən sursat da istəsələr verilə bilər. Türkiyə bu sursatı istehsal edir. Biz də bu işdə olduqca yaxşıyıq. Sursat Bayraktar tərəfindən deyil, dövlətin öz qurumları tərəfindən istehsal olunur".

Ərdoğan qeyd edib ki, NATO-dakı müttəfiqlərimizin Türkiyəyə qarşı münasibəti şübhəlidir.

"Bu gün bizdən güclü, ilk 5 ölkənin hansının olduğu soruşulsa, bunlardan biri də Türkiyədir deyərik. Türkiyə birincisi silahlı qüvvələri güclüdür. Türkiyənin daxil olduğu NATO da bu baxımdan güclüdür".

Gülbəniz Hüseynli / METBUAT.AZ