Azərbaycan bayraqları İtaliya - Türkiyə oyununa buraxılmadı:

Romada İtaliya və Türkiyə milliləri arasında baş tutan qarşılaşmaya Azərbaycan bayraqları ilə daxil olmaq istəyən bir qrup həmyerlimiz "sürpriz"lə üzləşib.

Metbuat.az xəbər verir ki, arenaya Azərbaycan bayraqları buraxılmayıb. Bildirilib ki, stadiona yalnız Türkiyə və İtaliya bayraqlarının daxil edilməsinə icazə verilir və digər bayraqlar stadionun giriş hissəsində qalmalıdır.

"Milli dəstə" azarkeş qrupunun rəhbəri Şamil Mustafayev Offsideplus.az-a açıqlamasında bunun UEFA-nın təhlükəsizlik qərarı ilə bağlı olduğunu deyib:

"Bu oyunda ancaq Türkiyənin və İtaliyanın bayraqlarını dalğalandırmağa icazə var. Bu, UEFA-nın dünən qəbul etdiyi təhlükəsizlik qərarı ilə bağlıdır. Biz bayrağımızı stadiona keçirmək istəsək də alınmadı. Ancaq dövlət atributumuzu çöldə təhlükəsiz yerə qoymağımızı da təmin etdilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR