Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dünənki Şuşa səfərindən rəsmi tvitter hesabında fotolar paylaşıb.
Metbuat.az xəbər verir ki, o, səfər məqsədinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərindən əvvəl hazırlıqlarla tanış olmaq olduğunu bildirib.
“Şuşanı görməyən İkinci Qarabağ Müharibəsinin nə qədər çətin, 44 günlük zəfərin isə nə qədər böyük bir qəhrəmanlıq olduğunu anlaya bilməz”, - deyə səfir bildirib.

