Qohumunun evinə qonaq gedən 31 yaşlı kişi 5 aydır itkindir

Qax rayonunda 31 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Babayev Nail Tacik oğlu bu ilin mart ayında qonaq gəldiyi Qax rayonunun Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb və daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Həmin şəxsin əlamətləri - boyu 164 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində tünd göy rəngli gödəkçə, qara köynək, şalvar və ayaqqabı olub.

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)-255-23-52 şəhər və 050-224-64-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.

Babayev Nail

Babayev Nail

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR