"Türkiyə regionda MÜSTƏQİL siyasət yürüdür" -

“Türkiyə və Azərbaycan kimi dövlətlərin maraqları, milli mənafeylərinə uyğun olduğu təqdirdə, gərək duyduqları bir ölkə ilə işbirliyində maraq göstərirlər. Kor-koranə hansısa bir bloqu və ya ittifaqı seçmək iqtisadi və ya siyasi məqsədlər üzərindən addımlar atmaq ölkələrimizin xeyrinə olmayacaqdır”.

Metbuat.az-a bu fikirləri ehtiyyatda olan türkiyəli general Yücel Karauz bildirib. General vurğulayıb ki, Türkiyə artıq regional güc olmaqla bərabər, həm Qafqazda, həm Yaxın Şərqdə (Suriya İraq) həmçinin Livanda böyük işlər görmüşür. Yəni Türkiyə nə yüz faiz NATO-ya bağlıdır, nə də Rusiyaya.Türkiyə müstəqil siyasət yürüdür.


“Əslində qlobal güclər, zamanla istiqamətlərini dəyişdirirlər. Onlar yaxşı polis, pis polis rolunda iştirak edə bilirlər. Bəzən pis polis Rusiya olur, bəzən də Qərb. Həmçinin Qərb, Rusiya və İranı idarə edə bilmək, eyni zamanda Pekin xəttinə bir xəncər saplamaq üçün, Paşinyanı seçkilərdə dəstəkləyərək, bölgədə söz sahibi olmaq istəyir. Onu da qeyd edim ki, Qafqazda enerji ehtiyyatlarını idarə edə bilmək, Ermənistanın İrana olan maraqları və bu münasibətlərdən irəli gələrək Qərb Ermənistan üzərindən, İranı idarə etmək istəyir. Həmçinin Qərb, Rusiyanı addım-addım təqib edərək, Qafqazdan çıxara bilmək siyasəti səbəbindən, Paşinyana dəstək verir.

General bildirdi ki, bu gün Azərbaycan istənilən vəzifəni icra edə bilən güclü ordu yaradıb. Ordunun müasir texnika ilə təchizatını, döyüş potensialının gücləndirilməsini, müntəzəm olaraq keçirilmiş təlimləri, hərbi sənayenin yaradılmasını qeyd edən Yücel Karauz əlavə etdi ki, bütün bunlar qardaş Azərbaycanda ordu quruculuğu istiqamətində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.


“Onu da deyim ki, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə Türkiyə üçün də əbədi zəfərdir. Mən xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni bütün bölgə üçün sülh, sabitlik və inkişaf şansı kimi qiymətləndirirəm”.

General ilə olan video müsahibəyə ətraflı olaraq aşağıdaki videodan baxa bilərsiniz.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR