Sərhəddə toqquşma: 2 hərbçi yaralandı -

Qırğızıstan və Tacikistan sərhədində baş verən toqquşma zamanı 2 qırğız hərbçi yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsindən açıqlama verilib. Bildirilir ki, Batken bölgəsində xidmət edən 6 qırğız əsgər, tacik hərbçilərin hücumuna məruz qalıb. Tacikistan tərəfi isə iddia edir ki, qırğızlar sərhədi pozduğuna görə, tacik əsgərlər atəş açmaq məcburiyyətində qalıblar. Hadisədən dərhal sonra hər iki ölkənin yüksək rütbəli hərbçiləri hadisə yerinə gəlib.

Qeyd edək ki, iki ölkə arasında mübahisəli ərazilər var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR