Nadir "feministləri zorlayıb iradımızı bildirək" yazdı, sonra dandı -

"Son zamanlar mənə qarşı mənfi işlər gedir. Deyirlər guya zorakılığı dəstəkləyirəm. Mənim nəyimə lazımdır kim necə geyinir, harasını açıb".

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə yaydığı videoaçıqlamada deyib. Sənətçi onunla bağlı "Feministləri zorlayın" yazılarına münasibət bildirib. Nadir qeyd edib ki, bu, ona qarşı aparılan "qara piar"dır:

"Hamı öz papağını qoysun başına, sahib çıxsın. İstəyirlər çılpaq yox, anadangəlmə gəzsinlər. Mənim öz ailəm var. Bəziləri mövzusu bitib, mənim adımdan istifadə edir. Mən ifaçıyam, elə mövzulara qatılmıram. Zorakılıq nədir? Adam adama zorakılıq edər?".

Qeyd edək ki, ötən gün "Pantural" ləqəbli ploger kişilərə səslənərək "açıq geyinən qadınları zorlayın" çağırışını etmişdi. Bundan sonra Qafarzadənin sözügedən paylaşımlardan birinə "Başıaçıqları, şalvar geyinənləri, feministləri zorlayıb iradımızı bildirəcəyik. Qarşı çıxan kişicikləri də... Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kim dura bilməz" sözlərini yazıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR