Qarabağda ATƏŞ SƏSLƏRİ :

Qarabağda atəş səsləri yenidən eşidilir. Qanunsuz erməni silahlı qruplaşmalar Ağdamdan sonra Şuşaya növbəti dəfə atəşə tutması, Moskvanın əlini zəiflədən, Bakının əlini gücləndirən iki məsələni aktuallaşdırır”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Asif Nərimanlı bildirib.

Ekspertin düşündüyü iki məsələ aşağıdakılardır:

Bir kəmər - bir yol, yoxsa ABŞ yolu? - Azərbaycan iki od arasında »  Qaynarinfo.az

1) Rusiya sülhməramlılar missiyasını yerinə yetirə bilmir: ya 10 noyabr razılaşmasının 4-cü bəndi – erməni qoşunlarının çıxarılması icra edilməli, ya da Azərbaycan anti-terror əməliyyatını gündəmə gətirməlidir;

2) Bölgədə təhlükəsizliyə nəzarət edə bilməyən Rusiya Türkiyə hərbçilərinin də sülhyaratma prosesində daha geniş təmsilçiliyini qəbul etməlidir: ən azı Monitorinq Mərkəzinin fəaliyyəti və imkanları genişləndirilməlidir;

Asif Nərimanlı vurğuladı ki, bu iki amil atəşin Ermənistan tərəfindən edildiyi və həm də Rusiyaya qarşı təxribat olduğu fikrini önə çıxarır:

“İrəvan Bakı-Moskva xəttində mübahisəli məsələlər yaradır və sərhəd məsələsində Rusiyanın dəstəyini əldə etmək üçün rusları çətin vəziyyətə salırlar; Putin-Paşinyan görüşündən sonra Qarabağda atəş səslərinin artması da bunu deməyə əsas verir; Hərçənd, bu ehtimalı zəiflədən reallıq var: Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə nəzarət Paşinyan hakimiyyətindən daha çox, separatçıların daxilində Moskvaya bağlı qruplara – Vitali Balasanyana məxsusdur. Hesab etmək olardı ki, bu, qanunsuz erməni silahlı dəstələri daxilində İrəvandan idarə olunan qrupların törətdiyi təxribatdır, lakin son proseslər fonunda bu o qədər də inandırıcı deyil və Ağdamdan sonra Şuşaya açılan atəşin arxasında rusların maraqlarının olması versiyası önə çıxır”.

Bəs Rusiya sülhməramlı missiyasının əleyhinə olan bu addıma niyə gedir? Asif Nərimanlı sualın cavabını belə izah etdi:

1) Ermənistanda seçkidən sonra 4-cü bəndin – erməni qoşunlarının çıxarılması – icrası aktuallaşır: mümkündür ki, bu məsələ üzərində Bakı və Moskvanın fikir ayrılığı var, ruslar separatçı rejimin taleyini öz maraqlarına uyğun müəyyənləşdirmək istəyirlər;

2) Bakı və Ankara sülhməramlı missiyasında türk hərbçilərin rolunun artırılmasını istəyir: Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi; iyulun 6-da atəşin məhz Monitorinq Mərkəzinin yerləşdiyi Ağdam istiqamətində açılması təsadüfi deyildi;

Siyasi şərçi vurğuladı ki, Bakı yaydığı məlumatla Moskvaya üç mesaj verdi:

Birincisi, Rusiya sülhməramlıları Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilib, İkincisi, qanunsuz erməni hərbi birləşmələr çıxarılmalıdır, üçüncüsü, bölgənin təhlükəsizliyinə təkcə ruslar yox, həm də Türkiyə nəzarət edir. Elə Moskvanın cavab mesajı Rusiya MN-nin məlumatında idi:

1) “Dağlıq Qarabağ” hələ də mövcuddur;

2)“Martuni” (Xocavənd) rayonu ilə “dqr”-in mövcudluğuna işarə etdi;

3) Monitorinq Mərkəzinin adını çəkməməklə türk hərbçilərin iştirak etmədiyini göstərdi;

Bəs Qarabağa paralel olaraq, Naxçıvanla sərhəddə atəşkəsin pozulması nədir?

“44 günlük müharibənin həlledici məqamında Naxçıvanla sərhəddə təyyarə böhranı necə və niyə yaradılmışdısa, indi muxtar respublika istiqamətindəki hücum da eyni məqsədlə törədilir: Qarabağda müharibədən sonra növbəti həlledici mərhələnin başladığını və bu təxribatın hədəfinin prosesi yönləndirmək olduğunu deyə bilərik.Əliyevin Xankəndi, Xocalı və Xocavəndlə bağlı fərmanı kulis mübarizəsini açıq müstəviyə keçirir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR