Səhiyyə Nazirliyi Qurban bayramı ilə əlaqədar əhaliyə müraciət etdi

“İnsanlar pandemiyanın bitməsini düşünməsin. Yoluxma halı bu gün elə də yüksək deyil. Bunu da uzunmüddətli qabaqlıyıcı tədbirlər nəticəsində əldə etmişik”.

Metbuat.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib:

“Sosial məsafənin saxlanılmasına, maska taxılmasına diqqət etməliyik. Bu gün mövcud olan peyvəndlərin hamısı yeni ştamlara qarşı effektivdir. Yay aylarında bayram günlərində vətəndaşları diqqətli və məsuliyyətli olmağa çağırıram”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR