Meşələrin elektron atlası yaradılacaq -

Ümumdünya Resurs İnstitutunun dəstəyi ilə meşələrin elektron atlası yaradılacaq.

Metbuat.az bildirir ki,bunu İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

Onun sözlərinə görə, atlasın hazırlanmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də BMT dəstəyini göstərir:

"Meşələrlə bağlı müasir xəritələr yoxdur. Yeni elektron atlasın hazırlanması ilə hesab edirəm ki, bu sahədə olan problemlərin həll olunmasına töhfəsini vermiş olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR