XİN Almaniya və Belçikaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya və Belçikada təbii fəlakət nəticəsində baş verən insan tələfatı ilə bağlı başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin tvitter səhifəsində qeyd olunub.

“Qərbi Avropada havaların kəskinləşməsi nəticəsində üz verən dağıntılar bizi narahat edir. Almaniya və Belçikadakı daşqın qurbanlarının yaxınlarına başsağlığı veririk. Bu leysan yağışlarının dağıdıcı fəsadlarına qarşı mübarizədə Almaniyanın və Belçikanın yanındayıq”, - məlumatda vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR