Quldurluq məqsədi ilə yaşlı qadının evinə girdi -

Ağstafada quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. O, yaşlı qadının evinə girirək pulunu və qızıllarını ələ keçirib. Qadın evinə gələn qulduru səsindən tanıyıb.

Quldurluq məqsədi ilə yaşlı qadının evinə girdi. Ancaq bir səhvi onu ələ verdi.

Ağstafada yaşanan bu hadisədən sonra qadın polisə müraciət edib. Polis Şöbəsinə rayonun Göycəli kənd sakini olan Cəmilə Əliyevanın evinə bir nəfərin qanunsuz olaraq daxil olduğunu, ev sahibini əlindəki balta və bıçaqla öldürəcəyini hədələyərək 10 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etməsi barədə məlumat daxil olub.Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvələr məhkum olunmuş Şirzad Heydərov saxlanılıb.

Pulun azlığını görən quldur qadının qızıllarına da göz dikib.

İlkin dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, evə daxil olmazdan qabaq evi yandırmaq da istəyib. Şirzad Heydərov istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR