Doğum səviyyəsinin azalmasına SƏBƏB

Doğum səviyyəsinin azalması əhalinin gəlirinin aşağı olması ilə bağlıdır.

Metbuat.az xəbər verir ki, bunu ABR24-ün "İşgüzar Səhər" verilişinə açıqlamasında iqtisadçı Elmir Səfərli deyib. O bildirib ki, pandemiyadan əvvəlki dövrdə əhalinin artımı nəzərə çarpırdı:

"Hətta tədqiqatlara görə 2050-ci ilədək Azərbaycanda hər 1000 nəfərə düşən əhalinin ortalama artımı 15-18 nəfərədək dəyişməsi gözlənilirdi. Amma təbii ki, gözlənilmədən baş verən proseslər, pandemiya, iqtisadi və tibbi risklər əhalinin təbii ölümünə və sayının azalmasına səbəb olur. Burada doğum sayının da azalması özünü büruzə verməkdədir. Düşünürəm ki, bu prosesə ən böyük təsiredici məqam əhalinin gəlir səviyyəsinin aşağı olması ilə əlaqəlidir. İnsanlar adətən dünyaya övlad gətirəndə onu necə saxlayacağını və xərcləri necə formalaşdırmağı düşünür. Bu baxımından ailə büdcəsinin yaxşı olmadığı dövrdə övlad dünyaya gətirmək çətin məsələdir. Bu isə öz təsirini 15-18 il sonra iqtisadiyyatda və, məşğulluq səviyyəsində də göstərəcək".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR