Azərbaycan təbii qaz ixracını 57% artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə Metbuat.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyard ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 57,3 %, dəyəri isə 25,9 % çoxdur.

Bu ilin ilk 6 ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 18 % olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR