Praqada cüdoçularımız gümüş və bürünc medal qazandılar -

Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.

Metbuat.az xəbər verir ki, turnirdə iki idmançımız - Qasım Vəlizadə və Rəşad Quluzadə gümüş medal qazanıblar. Belə ki, Qasım Vəlizadə (60 kq) finalda gürcü Giorgi Sardalaşviliyə məğlub olaraq gümüş medalla kifayətlənib.

Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Quluzadə isə finalda Niderland təmsilçisi Dilyan Van Der Kolk ilə üz-üzə gəlib. Cüdoçumuz həlledici mərhələdə məğlub olaraq ikinci pillədə qərarlaşıb.

Qızların yarışında Nərmin Əkbərli (+78 kq) bürünc medala layiq görülüb. Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa kubokunda 33 ölkədən 383 cüdoçu yarışır.

Turnirə iyulun 18-də yekun vurulacaq.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR