"100 min avro da versələr İrəvanda..." -

Xalq artisti, tanınmış iş adamı Emin Ağalarov 100 min avro qarşılığında belə Ermənistana getməyə razı olmadığını açıqlayıb.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, sənətçi rusiyalı aparıcı Ksenya Sobçakın “Осторожно: Собчак” adlı 2 saatlıq verilişinin qonağı olub. Xalq artistinin 35 milyonluq şəxsi təyyarəsi ilə Bakıya gələn Sobçak heyrətini gizlədə bilməyib. İş adamı Araz Ağalarovun da iştirak etdiyi verilişin ən yaddaqalan məqamlarından biri aparıcının “İrəvanda keçirilən tədbirə 100 min avro qarşılığında gedərsinizmi” sualına Emin Ağalarovun cavabı olub. Özünü Rusiyada yaşayan azərbaycanlı hesab etdiyini deyən ifaçı sərt şəkildə “Heç vaxt” deməklə kifayətlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR