x
Loading...

Havada toz dumanı müşahidə edilir

İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR