Nazir şəhid oğluna yüksək

Daxili işlər orqanlarında kadr təyinatı olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə təyinat alıb.

Qeyd edək ki, S.Məhərrəmzadə Birinci Qarabağ müharibəsi zamanı "Daşaltı əməliyyatı"nda şəhid olan Nazim Məhərrəmovun oğludur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR