AŞPA məruzəçisi Azərbaycana gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) Azərbaycana səfər edəcək.

Metbuat.az AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, iyulun 26-dan 28-dək Azərbaycanda səfərdə olacaq AŞPA məruzəçisi "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hesabatı üçün informasiya toplayacaq.

Paul Qavan Bakıda Milli Məclisin sədri, parlament üzvləri və münaqişənin humanitar nəticələri ilə məşğul olan müxtəlif nazirliklərin nümayəndələri ilə görüşlər keçirəcək. AŞPA məruzəçisi həmçinin köçkünlərlə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR